Cari ildə DGK tərəfindən dövlət büdcəsinə 2,8 mlrd. manatdan çox vəsait daxil olub

11:58 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az. 2019-cu ilin səkkiz ayı ərzində Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 873 milyon 356 min manat olub.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, yanvar-avqust aylarında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 693 milyon 651 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 965 milyon 577 min manat, aksizlər üzrə 184 milyon 701 min manat, yol vergisi üzrə isə 29 milyon 424 min manat təşkil edib.

 

Bütün xəbərlər