Humel Psixologiya Mərkəzi Peşəkar Psixoterapevtlik Proqramına başlayır

10.09.2019,12:51


10 sentyabr, Fineko/abc.az. Peşəkar olmaq üçün peşəkardan öyrənin! Humel Psixologiya Mərkəzi Peşəkar Psixoterapevtlik Proqramına başlayır.

Siz bu proqrama qatılmaqla psixologiyanı həm nəzəri həm də praktik cəhətdən öyrənəcəksiniz! Proqram 6 ay müddətində olacaq. Proqram iştirakçıları 6 aylıq bu müddət ərzində qatıldığı kurslarla bağlı Beynəlxalq Sertifikat əldə edəcəklər. İmtahanda toplanılmış nəticə yüksək olarsa Humel Psixologiya Mərkəzində işlə təmin ediləcəkdir.

Təlimçilər: - Klinik psixoloq və psixoterapevt Elnarə Baxışlı - Ailə psixoloqu,Humel Psixologiya Mərkəzinin təsisçisi Taryel Faziloğlu Proqramda iştirak etmək üçün qoyulan kritieriyalar:

•Proqrama Psixologiya ixtisasında təhsil alan 3-cü,4-cü kurs tələbələri, Magistratura pilləsində təhsil alan magistrantlar və eyni zamanda Psixologiya ixtisasını bitirmiş Psixoloqlar iştirak edə bilər. Proqram iştirakçıları nə qazanacaq?

• Psixoloqun etik kodeksini öyrənəcək

 • Psixologiyanı həm nəzəri həm də praktik cəhətdən öyrənəcək;

• Superviziyadan keçmək imkanı qazanacaq;

• Klinik psixologiya və Psixoterapiya, sahəsində 6 aylıq kurslarda iştirak edəcək;

• Diaqnostik metodikalar və onlarla işləmə qaydalarını öyrənəcək;

• Konsultasiyanın sirlərini öyrənəcək;

• Elmi məqalələr yazmaq, layihələr işləmək bacarıqlarını inkişaf etdirə biləcək;

• Təlim keçmək qabiliyyətini inkişaf etdirə biləcək;

• Eyni zamanda motivasiya təlimləri alacaqlar.

 

 Proqram iştirakçıları müsabiqə vasitəsi ilə seçiləcək. Aylıq ödəniş 300 AZN təşkil edir.Yer sayı məhduddur! Layihədə yalnız 12 nəfər iştirak edə bilər.Sənədlərin qəbulu mərkəzdə həyata keçirilir. Proqrama qoşulmaq istəyənlər bizimlə əlaqə saxlayın.

Ünvan: Süleyman R. küç. 186, (28 may metrosunun yanı) Əlaqə:(+99455)300 34 32; (012) 449 81 56

Email: [email protected]