Azərbaycanda telefonu aparata yaxınlaşdırmaqla ödəniş etmək mümkün olacaq

13:24 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az.  Visa Token Service layihəsinin tətbiqi həqiqətən də Azərbaycanda nağdsız əməliytatların, ödənişlərin inkişafına stimul verəcək. 

Abc.az xəbər verir ki, bunu layihənin təqdimatında Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev sözügedən layihədən danışarkən deyib.

 O, bu layihənin ölkəmizdə bank sektorunda atılan inqilabi addım adlandırıb. Bankın idarə heyətinin sədr müavini qeyd edib ki, sözügedən layihənin tətbiqinə Visa İnc beynəlxalq kart təşkilatı dəstəyini verməsəydi bu məsələ tam ərsəyə gələ bilməzdi.  E. Həbibullayev buna görə Visa İnc beynəlxalq kart təşkilatına xüsusi təşəkkürünü bildirdi.

Qeyd edək ki, Visa Token Service Launch sayəsində müşətrilər telefonlarına aplication yükləyərək onun vasitəsi ilə nağdsız ödəniş edə biləcəklər. Bunun üçün telefonu sadəcə ödəniş etmək istədiyiniz aparata yaxınlaşdırmaq kifayət edəcək. 

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər