“Gilan Holding” nizamnamə kapitalını artırdı

10.09.2019,15:07


10 sentyabr, Fineko/abc.az. “Gilan Holding” növbəti dəfə nizamnamə kapitalını artırıb. Belə ki, “Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi artırılaraq, 763 066 044 manata çatdırılıb.

Bu barədə Abc. az saytına holdinqdən məlumat verilib.

Xatırladaq ki, daha öncə verilən məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi. 

Holdingin bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır. Bunun nəticəsi olaraq, “Gilan Holding” tərəfindən ölkə iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına və əhalinin rifahına verilən töhfələrin sayı çoxalır.