330x100
 

AzerGold açıq tender keçirir

10.09.2019,15:08


10 sentyabr, Fineko/abc.az. “AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində topa aşındırma sahəsinin və ehtiyat sianid hovuzunun inşası üzrə natamam (yarımçıq) işlərin satın alınması üzrə tender elan edir. Tender 1 Lot üzrə keçirilir və iştirak haqqı 500 manatdır.

Elanda qedy olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri 27.09.2019 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini isə 04.10.2019 15:00 tarixinə qədər https://www.etender.gov.az/  portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 07.10.2019 15:00 tarixində açılacaq. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Bildirilir ki,  tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada  Portal vasitəsilə aparılacaq.