Maliyyə Nazirliyi 15 milyon manatlıq DOİ yerləşdirdi

17:33 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib. 

BFB xəbər verir ki, sentyabrın 10-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105017757 ISIN-li, 15 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.3093 AZN (9%) və 101.28 AZN (6.80%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.366 AZN (7.3%), orta ölçülmüş qiyməti 100.4837 AZN (7.23%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 665 200.00 AZN yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi: 07.09.2021-ci il.

 

Bütün xəbərlər