330x110
 

Neftin qiymətləri ötən günkü azalmadan sonra artır

11.09.2019,10:02


11 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı günü ticarət zamanı, Con Boltonun ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi vəzifəsindən istefası xəbəri ilə əlaqədar neftin etalon markalarının qiymətləri enmişdir. Lakin çərşənbə günü qiymətlər tədricən artır.

Sentyabrın 10-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,21 (0,34%)  enərək $62,38  təşkil etmişdir. Çərşənbə günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:25-də  $0,55 (0,88%) artaraq $62,93 /barelə təşkil edib.

NYMEX birjasında sentyabrın 10-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,45 (0,78%) azalaraq $57,40 təşkil etmişdir. WTI markalı neftin oktyabr fyuçersi qiyməti çərşənbə günü saat 9:25-də $0,48 (0,84%) artaraq $57,89 / barelə təşkil etmişdir.