Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 14 il keçir

11:17 - 12.12.2017


12 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək  ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində İlham Əliyevi ailə üzvləri, ölkənin ali siyasi  rəhbərliyinin nümayəndələri və Azərbaycan Parlamentinin üzvləri müşaiyət edirdilər.

 

Bütün xəbərlər