AZPROMO iş adamlarına müraciət edib

11.09.2019,16:46


11 sentyabr, Fineko/abc.az. Ukraynanın AV “Lixt” şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Şirkətin əməkdaşlıq təklifi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO)  daxil olub.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verir.

Qeyd olunur ki, AV “Lixt” “Seçmə bitkilərin” yetişdirilməsində, sahibkar və ferma təsərrüfatlarına yardım göstərilməsi sahəsində ixtisaslaşıb.