AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:04 - 11.09.2019


11 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 11 sentyabr  tarixində AMB 50102076S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 710,036,600.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi

200 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 09.10.2019-cu il.

 

Bütün xəbərlər