Ötən gün düşən neft bu gün artır

10:09 - 12.09.2019


12 sentyabr, Fineko/abc.az. Çərşənbə günü əhəmiyyətli düşmədən sonra cümə axşamı ticarətində neft qiymətləri bərpa olunur.

Sentyabrın 11-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $1,57 (2,5%) düşərək $60,81 təşkil etmişdir. Cümə axşamı günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:15-də  $0,46 (0,76%) artaraq $61,27 /barelə təşkil edib.

NYMEX birjasında sentyabrın 11-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,65 (2,87%) aşağı yuvarlanaraq $55,75 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə axşamı günü saat 9:15-də $0,50 (0,91%) artaraq $56,25 / barelə təşkil etmişdir.

Neft bazarı bu gün Abu-Dabidə keçiriləcək OPEC+  Nazirlər Monitorinq Komitəsinin iclasının yekunlarını gözləyir.

 

Bütün xəbərlər