Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

12.09.2019,10:10


12 sentyabr, Fineko/abc.az. Dünya birjalarında satılan qzıl və gümüşün qiymətləri məlum olub.

Abc.az xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,40 dollar ucuzlaşıb və 1 502,80 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 18,18 dollara satılıb.