330x110
 

Azərbaycan payız enoqastronomik səyahətlərin ilk üçlüyündədir

12.09.2019,11:39


12 sentyabr, Fineko/abc.az. TurStat turizm portalı bu ilki payız mövsümündə MDB ölkələrinin ən maraqlı və ən gözəl enoqastronomik və şərab bayramlarını və festivallarını təqdim etdi.

TurStat-dan verilən məlumata əsasən,Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Özbəkistana qastronomik səyahətlər, payız mövsümündə MDB və yaxın xaricə təşkil olunan ən maraqlı turların ilk beşliyində yer alıb.

"MDB və yaxın xaric ölkələrinin turistlər arasında populyar olan enoqastronomik hadisələrin ilk beşliyinə, Kaxetiyada (Gürcüstan) “Telavino” festivalı, Azərbaycanda nar bayramı, Ermənistanda Arenidə gənc şərab festivalı, Moldovada Milli şərab günü və Özbəkistanda “Şərabçılıq sənəti” festivalı daxildir", - deyə məlumatda bildirilir.

Reytinq hadisələrin populyarlığının və unikallığının təhlilinin nəticələrinə əsasən tərtib edilib.