Azərbaycanla Rusiyanın Sverdlovsk vilayəti 2 əməkdaşlıq memorandumu imzalayıb

14:32 - 12.09.2019


12 sentyabr, Fineko/abc.az.  Bu gün Bakıda Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumu keçirilib.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov hazırda Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərdiyini qeyd edib.

O, bildirib ki, ötən il Azərbaycan ilə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 83 % artıb. İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar, Azərbaycan isə bu ölkəyə 1,2 milyard dollar investisiya yatırıb.

Forum çərçivəsində Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) Azərbaycan Respublikası Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin “Vinaz” MMC şirkəti, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovskun “TEN” şirkətlər qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Bütün xəbərlər