Gələn il qlobal neft tələbatı sutkada 101,6 milyon barrel olacaq

17:20 - 12.09.2019


12 sentyabr, Fineko/abc.az. 2020-ci ildə qlobal neft tələbatının gündəlik 101,6 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, gələn il qlobal neft tələbatı 1 milyon 300 min barrel artaraq sutkalıq orta hesabla 101 milyon 600 min barrel təşkil edəcək.

IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 700 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 300 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.

 

© Azertag.az

Bütün xəbərlər