Ziyad Səmədzadə: Nə qədər bazar iqtisadiyyatı var kölgəli iqtisadiyyat olacaq

10:25 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Bu gün Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Abc.az xəbər verir ki, konfransda 60-dan çox qurumun nümayəndələri, o cümlədən Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəsmiləri, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov, sahibkarların ictimai birliklərinin nümayəndələri iştirak edir.

Konfransda çıxış edən millət vəkili Ziyad Səmədzadə Azərbaycanın borc alan ölkədən borc verən ölkəyə keçdiyini vurğulayıb.

O qeyd edib ki, bu gün sivil ölkələrin hamısı kölgə iqtisadiyyatından əziyyət çəkir: "Bunun aradan qaldırılması, kölgə iqtisadiyyatının azaldılması üçün dəqiq statistika aparılmalıdır. Cənab prezident kölgə iqtisadiyyatının aradan qaldırılmasını ölkədə prioritet edib. Amma nə qədər bazar iqtisadiyyatı varsa kölgəli iqtisadiyyat olacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər