Mikayıl Cabbarov: Kölgə iqtisadiyyatı ölkələrin iqtisadi təhlükəsizliyinə təhdid yaradan amillərdəndir

10:36 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Kölgə iqtisadiyyatının artıq uzun zamandır dünya ölkələrinin diqqət ayırdığı sahələrdəndir.

Abc.az xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, kölgə iqtisadiyyatı ölkələrin iqtisadi təhlükəsizliyinə təhdid yaradan amillərdəndir: "Ölkəmizdə cənab prezidentin sözügedən məsələ ilə bağlı bir sıra tapşırıqları var. 2018-ci il ərzində Vergilər nazirliyi bu problemin aradan qaldırılması üçün mübarizəyə başladı. Biz dəfələrlə bildirmişik yenə bildiririk qanun qarşısında hamı eynidir. Bizim vəzifəmiz qanunsuz olaraq sahibkarların yaratdığı biznesin qarşısını almaqdır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər