Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

10:52 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Bu gün səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Abc.az saytına “Azəriqaz” İB-dən məlumat verilib.

Həmçinin qeyd olunur ki,   saat 09:00-dan orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsi və 10:00-dan aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq ediləcək.

 

Bütün xəbərlər