Mahmud Məmmədquliyev: yaxın iki ildə Azərbaycanın ÜTT-na daxil edilməsi ehtimal olunmur

14:58 - 12.12.2017


12 dekabr, Fineko/abc.az. Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev yaxın bir neçə ildə Azərbaycanın  Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını  ehtimal etmir.

“ÜTT-na daxil olma məsələsi Azərbaycan üçün aktual olaraq qalır. Lakin mən, bunun  yaxın bir-iki il ərzində baş verəcəyinə inanmıram”, - deyə Mahmud Məmmədquliyev bildirib.

Azərbaycan 1997-ci ildə ÜTT-na daxil olma haqqında sifariş verib.

Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin mayında  Oman  və BƏƏ, 2010-cu ilin mayında Gürcüstan, 2012-ci ildə isə Qırğızıstanla  ÜTT-na daxil olma haqqında danışıqların yekunlaşdırılmasına dair ikitərəfli protokol imzalamışdır.

 

Bütün xəbərlər