330x110
 

Səhiyyə Nazirliyi tender keçirir

13.09.2019,11:24


13 sentyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə tender elan edir. Tender 1 Lot üzrə kecirilir və iştirak haqqı 400 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 17.10.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25.10.2019 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 28.10.2019 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Əli Abbasov

Telefon : (12 994)  565-12-41

Ünvan: Bakı, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A