330x110
 

Azərbaycanda məşğul şəxslərin reyestri yaradılacaq - Nazir müavini

13.09.2019,11:57


13 sentyabr, Fineko/abc.az. Azərbaycanda ilin sonuna kimi məşğul şəxslərin reyestri yaradılacaq.

Abc.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Anar Əliyev "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amil kimi" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, işləyən şəxslərin qeydiyyatı, o cümlədən bu istiqamətdə bir sıra tədbirlər görüləcək: "Bu da sözsüz ki, nəticələrini verəcək. Ölkə başçısının tapşırığı ilə Azərbaycanda 2019-cu ildən başlayaraq köklü sosial iqtisadi inkişaf nəzərə çarpır. Bu günləri Azərbaycan vətəndaşı pensiya yaşına çatana kimi heç bir yerə getmədən artıq müavinət almağa başlayır. Bəlkə də bu texnologiya heç bir ölkədə yoxdur. Ölkə başçısı tərəfindən sosial təminat sahəsində ən qabaqcıl addımlardam biri də DOST mərkəzlərinin yaradılması oldu. Bu sosial təminat sahəsində təqdirlayiq addımlardan biridir".

Müəllif: Elmir Murad