Azərbaycanda noyabr ayında inflyasiya 0,2% təşkil etdi

15:11 - 12.12.2017


12 dekabr, Fineko/abc.az. Azərbaycanda cari ilin noyabr ayında  inflyasiya 0,2% təşkil etmişdir, oktyabrda isə bu göstərici 1,1% bərabər idi.

Dövlət Statistika Komitəsindən bildirildi: “Ərzaq mallarına olan qiymətlərdə 0,3%, həmçinin qeyri-ərzaq mallarına olan qiymətlərdə  0,3% bahalaşma qeyd edilir,  lakin əhaliyə göstərilən xidmətlərin tarifləri dəyişməyib”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, noyabrın sonunda qiymətlərin orta illik artımı 13,4% təşkil etmişdir (2017-ci ilin oktyabr ayı üzrə qiymətlərin orta illik artımı 13,7% təşkil etmişdir).

O cümlədən, il ərzində ərzaq mallarında 17,1%,  qeyri-ərzaq mallarında 12,1%, xidmətlərdə isə 9,6% bahalaşma qeyd olunur.

Azərbaycan  hökuməti  2017-ci ildə orta illik inflyasiyanı 13,2% səviyyəsində proqnozlaşdırır.

2016-cı ilin sonunda Azərbaycanda orta illik inflaysiaya 12,4% təşkil etmişdir.

 

 

Bütün xəbərlər