330x110
 

Nazir müavinindən dəyişiklik ANONSU

13.09.2019,17:09


13 sentyabr, Fineko/abc.az. Gələn il Vergi Məcəlləsinə bir daha baxılacaq.

Abc.az xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amil kimi" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir müavinin sözlərinə görə, Vergi Məcəlləsi elə bir qanun toplusudur ki, ona hər zaman dəyişiklik etməyə ehtiyac var: “Vergilər Məcəlləsinə dəyişiklik adətən ilin sonunda büdcə paketinə baxılan zaman edilir və növbəti il qüvvəyə minir. Gələn il Məcəlləyə dəyişiklik etməyi planlaşdırırıq. Hazırda torpaq mülkiyyətçilərindən minimum əmək haqqının 6%-i civarında məcburi sosial sığorta haqqı tutulur. Biz bilirik ki, bu onların maraqlarına xidmət etmir və bu yükün ciddi surətdə azaldılmasının tərəfdarıyıq".

 

Müəllif: Elmir Murad