Neft rekord sürətlə bahalaşır

09:52 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Bazar ertəsi, Səudiyyə Ərəbistanının neft sənayesi obyektlərinə edilmiş, dünya xammalı istehsalının təxminən 6%-nin itirilməsinə gətirib çıxaran hücumlardan sonra neftin qiyməti 9-10% artmaqdadır.

Sentyabrın 13-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,16 (0,26%) enərək $60,22 təşkil etmişdir. Bazar ertəsi günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:00-da  $6,07 (10,08%) kəskin bahalaşaraq $66,29 /barelə təşkil edib.

NYMEX birjasında sentyabrın 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,24 (0,44%) azalaraq $54,85 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti bazar ertəsi günü saat 9:00-da $4,95 (9,01%) artaraq $59,80/ barelə təşkil etmişdir.

Ötən şənbə Səudiyyə Ərəbistanının neft obyektlərinə yeni hücum edildiyi məlum olub. Ölkədə iri neft emalı müəssisəsi olan Abkayk və iri neft yatağı Hürays pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Nəticədə sutkada 5,7 mln barrel (b/s), yəni ölkədə hasil edilən bütün həcmin təxminən yarısı həcmində neft istehsalı dayandırılıb.

 

Bütün xəbərlər