Valyuta hərracında dollar bir qədər bahalaşdı

15:15 - 12.12.2017


12  dekabr, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında dollar bahalaşıb.

“12 dekabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Daha öncə,  dekabrın 7-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər