Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

10:05 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Bu gün səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Qeyd olunur ki, bu müddət ərzində “Qaz İxrac” İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.

 

Bütün xəbərlər