Psixoloqlar üçün faydalı sxem terapiyası

13:23 - 16.09.2019


Sxem Terapiya psixoloqlar, psixoterapevtlər, pedaqoqlar və həkimlər üçün nəzərdə tutulmuşdur. 

Təklif olunan terapiya; uzun müddət düşüncə davranış terapiyası ilə işləyən, psixoanalizi tam mənimsəmiş və klinik psixologiyanı nəzəri olaraq tam bilən praktik psixoloqlar üçün daha faydalı olacaqdır. Bu terapiya sxemlərlərlə deyil, sxemləşmiş və yanlış bir sistem kimi insanın psixikasını idarə edən dərin düşüncələrlə işləməyə kömək edir. Terapiyanın əsas hədəfi şəxsiyyət pozuntularının, post travmatik pozuntuların və depresiyanın psixoterapiyasına yönəlikdir. 

Sxem Terapiya 90-cı illərdə Aarons Bekin tələbəsi olan Cefferi Yang tərəfindən Düşüncə Davranış Terapiyasının (CBT) davamı olaraq yaradılmışdır və tədricən geştalt, psixi inkişaf nəzəriyyələrini, bağlılıq nəzəriyyəsini bir çox elementlərini özündə əhatə etmişdir. 
Dərsin proqramı:  
☑ ST nəzəri modeli və praktik metodları; 
☑ Terapevtik münasibətlər və sərhədli valideynlik bağları; 
☑ Diaqnostika və problemin təyini; 
☑ Koqnitiv iş və davranış modellərinin dəyişməsi; 
☑ Model növləri ilə praktiki iş; 
☑ Qrup şəklində terapevtik səhnələrin qurulması. 
Tarix: 17 oktyabr Dərslər həftədə 2 dəfə 2 saat keçiriləcək. Kurs 3 aylıq proqram üzrə nəzərdə tutulub. Aylıq ödəniş 200 AZN təşkil edir. Sonda SERTİFİKAT təqdim edilir. Sənədlərin qəbulu mərkəzdə həyata keçirilir. 
Proqrama qoşulmaq istəyənlər bizimlə əlaqə saxlayın. ☎ (012) 449 81 56; 055 300 34 32.  Süleyman Rəhimov küçəsi 186 (28May metrosunun yaxınlığında)

Bütün xəbərlər