Səkkiz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 21,3 mln. ton neft daşınıb

15:06 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 384,4 min ton neft nəql olunub.

Qeyd olunur ki, nəqletmənin 80,8%-i Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-avqust aylarında bu kəmərlə 21 milyon 307,5 min ton neft nəql edilib. Səkkiz ayda BTC ilə 3 milyon 100,8 min ton tranzit nefti də ötürülüb.

 

Bütün xəbərlər