330x110
 

Cari ildə 25 mln. tondan çox xam neft hasil olunub

16.09.2019,16:01


16 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-avqust aylarında ölkədə 25 milyon 172,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 23 milyard 74,1 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 15 milyard 864,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Qeyd olunur ki, 8 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 21,6 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,3 % çoxalıb. Ölkədə neft istehsalı 2,5 % azalıb, qaz hasilatı isə 30,9 % artıb.