330x110
 

Səkkiz ayda neft məhsullarının istehsalı sahəsində istehsal 1,6 % artıb

16.09.2019,16:34


16 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında ölkədə 1 milyon 450,2 min ton dizel yanacağı, 818,2 min ton avtomobil benzini, 184,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 406,2 min ton ağ neft, 76,8 min ton yanacaq mazutu, 13,4 min ton sürtkü yağları, 163,1 min ton neft bitumu və 168,5 min ton neft koksu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

 Qeyd olunur ki, 8 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 139,9 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,6 % artıb.

Neft məhsullarından sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb. Avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə çoxalıb.