Səkkiz ayda 7,4 mlrd. kubmetrdən çox təbii qaz ixrac edilib

17:20 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında ölkədən 7 milyard 415 milyon 337 min kubmetr təbii qaz ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat veirir.

Bildirilir ki, səkkiz ayda ixrac olunan təbii qazın dəyəri 1 milyard 421 milyon 244 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 4 milyard 631 milyon 59 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 877 milyon 666 min dollar olmuşdu.

 

Bütün xəbərlər