330x110
 

Ötən gün yüksəldikdən sonra neft ucuzlaşır

17.09.2019,10:30


17 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı Səudiyyə Ərəbistanının neft infrastrukturunun obyektlərinə hücumların yaratdığı son illər ərzində rekord artımdan sonra etalon markaların neft qiymətləri aşağı düşür.

Sentyabrın 16-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $8,80 (14,61%) kəskin qalxaraq $69,02 təşkil etmişdir. İkinci gün saat 9:20-də Brent markalı neftin noyabr fyuçersi $0,65 (0,94%) ucuzlaşaraq, bir barelə $68,37 təşkil edib.

NYMEX birjasında sentyabrın 16-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $8,05 (14,68%) artaraq bir barelə $62,90 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti bazar ertəsi günü saat 9:20-də $0,86 (1,37%) enərək $62,04 / barelə təşkil etmişdir.

Səudiyyə Ərəbistanının neft obyektlərinə  pilotsuz təyyarələrin hücumu nəticəsində sutkada 5,7 mln.barrel (b/s), yəni ölkədə hasil edilən bütün həcmin, yaxud dünya neft hasilatının təxminən 6%-i həcmində neft istehsalı dayandırılıb.

Citigroup analitikləri hesab edirlər ki, Saudi Aramco Dövlət Neft hasilatı şirkəti yaxın zamanlarda hasilatın qismən bərpa olunmasını gözləyir, lakin yataqda işlərin tam həcmdə bərpa olunması ilin sonuna qədər baş verə bilər.