330x110
 

Cari ildə elektrik enerjisinin ixracı artıb

17.09.2019,11:07


17 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin səkkiz ayında ölkədən 1 milyard 346 milyon 42 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Qeyd olunur ki, ixrac olunan elektrik enerjisinin dəyəri 58 milyon 404 min dollar təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 264 milyon 401 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 59 milyon 586 min dollar olmuşdu.