Çin şirkəti Azərbaycandan getdi

11:19 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti ölkəmizdəki fəaliyyətini dayandırıb.

Abc.az xəbər verir ki, “Vergilər” qəzetində yerləşdirilən elana görə "China Huanqiu Contracting and Engineering CO., LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlanıb.

Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1072 Bakı, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 6, mənzil 851 ünvanına bildirə bilərlər.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər