Faizlərin kapitalizasiyası nədir?

12:33 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Bəzən banka və ya maliyyə ilə bağlı hər hansı quruma gedən sadə vətəndaşlara elə terminlərlə cavab verilir ki, anlaşılmır. Onlardan biri də faizlərin kapitalizasiyası terminidir.

Bəs faizlərin kapitalizasiyası nə deməkdir?

Abc.az xəbər verir ki, faizlərin kapitalizasiyası vəsaitin ona hesablanan faiz miqdarında daim artması deməkdir. Digər sözlə, hər dövr üzrə hesablanmış faizlər əsas məbləğin üzərinə gəlir və yeni dövr üçün faizlər bu yeni məbləğ (əsas məbləğ və əvvəlki dövr üzrə hesablanmış faizlərin cəmi) əsasında hesablanır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər