Azərbaycan və Latviya arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı Protokol imzalanıb

14:47 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Riqada beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Görüşdə ölkələr arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-2020-ci illər üçün "İcazə" blanklarının kontingenti, Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin hər iki ölkədə yerinə yetirilməsinin vəziyyəti, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edildikdən sonra müvafiq Protokol imzalanıb.

 

Bütün xəbərlər