330x110
 

Səkkiz ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 580 mln. dollara yaxın olub

17.09.2019,15:59


17 sentyabr, Fineko/abc.az. Cari ilin 8 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 580 milyon dollara yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 milyon dollar çoxdur.

Ukrayna Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, yanvar-avqust aylarında Azərbaycandan bu ölkəyə 300 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 278 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

 

© Azertag.az