330x110
 

Bu il sosial sığorta və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib

17.09.2019,16:17


17 sentyabr, Fineko/abc.az. Sentyabrın 14-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda konfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov çıxış edərək dövlət sosial sığorta haqlarının yığımı sahəsində Vergilər Nazirliyi tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib. 

“Aparılmış işlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib.  Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 %, işsizlikdən sığorta haqları üzrə 6,7 % artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.”-deyə nazir müavini qeyd edib.