330x110
 

Bank Respublika və AKİA-nın regionlarda keçirdiyi kredit yarmarkaları böyük maraqla qarşılanıb

17.09.2019,16:36


17 sentyabr, Fineko/abc.az. Bank Respublika və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən regionlarda fermer və sahiblarlar üçün “Daha yaxın, daha sərfəli” şüarı altında keçirdiyi kredit yarmarkası sona çatıb.

Avqust-sentyabr aylarında respublikamızın 7 rayonunda keçirilən yarmarkalarda, Bank xüsusi olaraq yaradılmış mobil ofislərdə 2.000-dən çox fermer və sahibkarı kredit şərtləri ilə tanış edərək onları maraqlandıran sualları cavablandırıb.

Kredit yarmarkaları Lənkəran, Bərdə, Sabirabad, Gəncə, Zaqatala, Quba və Xaçmaz şəhərlərində keçirilib. Müştərilərin rahatlığını tam təmin etmək məqsədilə yarmarkalar şəhərin mərkəzi küçələrində təşkil edilib və əhalinin kütləvi marağına səbəb olub.

Qeyd edək ki, bu tip kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür.

Açar sözlər: Bank Respublika