Mərkəzi Bankın keçirdiyi tenderdə 3 sığorta şirkəti qalib oldu

16:38 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın bir müddət əvvəl elan etdiyi tenderə yekun vurulub.

Abc.az xəbər verir ki, tender əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə elan edilmişdi.

Əsas vəsaitlərin sığortası üzrə “AtaSığorta” ASC, nağd pulun sığortası üzrə “PAŞA Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə “Qala Sığorta” ASC tenderin qalibi olublar. Qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər