AMB 170 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

17:06 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan verilən məlumata əsasən, 18 sentyabr tarixində 50102176S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 170 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

Bütün xəbərlər