Əhalinin banklardakı əmanətlərinin 56,4% xarici valyutadadır

17:26 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 8 milyard 580 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, əmanətlərin 56,4 % xarici, 43,6 % isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 % artıb, xarici valyutada əmanətlər isə 3,6 % azalıb.

Avqustda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,89 (1,92) manata, 100 rus rubluna 2,59 (2,61) manata bərabər olub.

 

Bütün xəbərlər