330x110
 

Maliyyə Nazirliyi 15 milyon manat həcmində DQİ yerləşdirib

17.09.2019,17:28


17 sentyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib.

BFB-in məlumatına əsasən, sentyabrın 17-də AZ0104009748İSİN-li, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli DQİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.1392 (6.2599%), orta ölçülmüş qiyməti 94.1707 (6.2242%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,735,600.00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  15 sentyabr 2020-ci  il.