Kəskin düşmədən sonra neft ucuzlaşmağa davam edir

09:52 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Neftin qiyməti bir gün əvvəl Səudiyyə Ərəbistanının neft tədarükü üzrə öhdəliklərini, o cümlədən ehtiyatlar hesabına yerinə yetirməkdə davam edəcəyi barədə bəyanatları əsasında güclü şəkildə düşdükdən sonra azalmağa davam edir.

Sentyabrın 17-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $4,47 (6,48%) kəskin düşərək bir barelə $64,55 təşkil etmişdir. Çərşənbə günü saat 9:20-də Brent markalı neftin noyabr fyuçersi $0,04 (0,06%) ucuzlaşaraq bir barelə $64,51 təşkil edib.

NYMEX birjasında sentyabrın 17-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $3,56 (5,66%) azalaraq bir barelə $59,34 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti çərşənbə ertəsi günü saat 9:20-də $0,26 (0,44%) enərək $59,08 / barelə təşkil etmişdir.

Səudiyyə Ərəbistanının energetika naziri Abdel Əziz bin Salman Al Saud bildirib ki, Səudiyyə Ərəbistanı sentyabrın sonuna ölkədə neft hasilatını sutkada 11 mln. barrelə çatdıracaq, noyabrın sonuna kimi isə 12 mln. barel hasil edəcək.

Onun sözlərinə görə, ölkə sentyabrın 14-nə keçən gecə Saudi Aramco obyektlərinə hücumla pozulmuş enerji daşıyıcılarının tədarükünü tam bərpa edə bilib.

 

Bütün xəbərlər