330x110
 

Bu gün bir neçə rayon və qəsəbələrdə qaz təchizatı dayandırılacaq

18.09.2019,09:55


18 sentyabr, Fineko/abc.az. “Azəriqaz” İB-nin məlumatında görə, bu gün Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar  saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Həmçinin bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədi ilə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində də qaz fasilələrlə veriləcək.