Evi olanların sosial mənzillərə müraciəti məhdudlaşdırılmalıdır – Ekspertdən TƏKLİF

10:28 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov son günlər təşkilatlarına sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsinə münasibət bildirib.

Abc.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Mərkəzlərinə həddindən çox müraciətlərin olduğunu vurğulayan V.Bayramov bu cür hallara qarşı olduqlarını dilə gətirib.

Onun sözlərinə görə, belə hallardan ən çox əziyyət çəkən evsiz vətəndaşlar olur: “Evsiz vətəndaş mənzil sahib olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır: evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir. Belə halların qarşısının alınması üçün nələrin edilməsinə ehtiyac var? Əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. İkincisi, qanunvericiliklə  Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) mənzilləri təyinatı üzrə istıfadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlət vəsaiti hesabina inşa edilir və evlərə sahiblikdə sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsinin minimumlaşdırar. Bütün bunlar isə, gələcəkdə sosial evlərin kirayə təklif edən internet səhifələrini “bəzəməsinin” qarşısını ala bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər