“Qara” valyuta bazarında rubl 1%-dən çox bahalaşdı

10:29 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. Dekabrın 12-də  keçirilən valyuta hərracından sonra banklar dolları bahalaşdırsa da, “qara bazar”da dolların qiyməti  dəyişməyib.

Dolların alışı hazırda 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.  Avronun alışı 2.00 manat, satışı isə 2.02 manatdır.

“Qara” bazarda rublun bahalaşması müşahidə olunur. Dekabr ayının 12-də rublun alışı 0, 0280  manatdan 0,0284 manata, satışı isə 0,0283 manatdan 0,0286 manata qədər artıb. Bir gündə rubl manat qarşısında 1-1,4% bahalaşıb.

 

Bütün xəbərlər