Bank sahibləri bir-birlərini aldadır - Ekspert

13:30 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Bankların birləşmə ehtimalı həmişə var.

Bunu iqtisadçı-ekspert Əkrəm Həsənov ABC.AZ saytına Azərbaycanda bankların birləşmə ehtimalı olub-olmamsına münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, sadəcə sözügedən birləşmənin hansı səbəblərdən olması və nəyə hesablanması məsələsi çox vacibdir. Azərbaycanda bankların real birləşməsinin 2000-ci illərin əvvəllərində müşahidə olunduğunu vurğulayan Ə. Həsənov hesab edir ki, hazırda belə bir real birləşmələr gözləmirəm: “Yəni indi nə birləşmə ola bilərki?! Ancaq sahibləri eyni olan banklar birləşə bilər. Yəni sahibləri fərqli olan bankların real birləşməsini görmürəm. Çünki bankların hesabatlığı əsasən, həqiqətə uyğun deyil və bank sahibləri də bunu bir-birlərindən gizlədirlər. Yəni oxucularda tam təsəvvür olmalıdır ki, bankların birləşməsi nədir və nədən yaranır? Tutalım ki, sizin də bankınız var, mənim də. Birləşəndə bizim orda hərənin nə qədər payı olacaq məsələsi hərəmizin bankının maliyyə vəziyyətindən asılıdır. Yəni mənim bankımın maliyyə vəziyyəti yaxşıdırsa deməli yeni yaranan bankla birləşmə nəticəsində mənim payım daha da çox olacaq, sizdə isə az olacaq. Buna görə də hər biri maliyyə vəziyyətini daha yaxşı göstərməyə çalışır və bir-birini aldadır. Bundan başqa da biz axı bilirik ki, bu gün banklarılmızın ağır vəziyyətə düşməsinin səbəbi elə bank sahiblərinin kredit adı ilə bankdan faktiki olaraq mənimsədiyi pullardır. Ona görə də yaxın vaxtlarda bankların birləşməsini real görmürəm”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər