330x110
 

Azərbaycanda bağlanan və birləşən banklar - SİYAHI

18.09.2019,15:07


18 sentyabr, Fineko/abc.az. Müxtəlif zamanlarda bankların maliyyə sıxıntısı və digər səbəblərdən bağlandığının şahidi olmuşuq. Zaman-zaman bəzi bankların birləşməsi də baş verib.

Abc.az müxtəlif zamanlarda bağlanan və birləşən bankları sizə təqdim edir.

Bağlanan banklar arasında ən böyüyü “Bank Of Azerbaijan” idi. Adıçəkilən bank 2016-cı ildə bağlanıb. Bu yaxınlarda isə bankın binasının söküntüsünə başlanılıb. İddialara görə, bankın binası bundan sonra otel kimi fəaliyyətini davam etdirəcək. Həmin il bağlanan tək “Bank Of Azerbaijan” olmayıb, “Texnikabank”-da fəaliyyətini dondurub. 2016-cı ildə "Bank Standard",  "Qafqaz İnkişaf Bankı", "Atrabank", “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC də bank sektorundan gedən şirkətlərdir. Adıçəkilənlərdən “Parabank” ASC bank sektoruna sonradan bank olmayan kredit təşkilatı kimi daxil oldu və hazırda bu istiqamətdə fəaliyyət göstərir. Sonuncu bağlanan bank isə "DəmirBank" ASC olub. Sözügedən bank 2017-ci ildə bağlanıb. 2000-ci ilin əvvəllərində isə bir neçə bank birləşərək daha da böyüdülər. Bunlardan 1992-ci ildə yaradılmış “M bank” “PROMTEXBANK”-la birləşərək “Unibank” adlanıb. “Caspian Development Bank” isə “Atabank”-a qoşulub.

 

Müəllif: Elmir Murad