Cari ildə Azərbaycanın Aİ ölkələrinə məhsul ixracının dəyəri artıb

15:38 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 226 milyon 373 min dollar dəyərində məhsul ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir.

Qeyd olunur ki, bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 168 milyon 927 min dollar çoxdur. Yanvar- avqust aylarında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 612 milyon 261 min dollar olub.

 

Bütün xəbərlər